» » Avtobus qapısından sallaşan sərnişinlərlə birlikdə sürətlə şütüyür - VIDEO

Avtobus qapısından sallaşan sərnişinlərlə birlikdə sürətlə şütüyür - VIDEO

Bölmə: Kriminal
Avtobus qapısından sallaşan sərnişinlərlə birlikdə sürətlə şütüyür - VIDEO

Bakıda daha bir sərnişin avtobusunun sürücüsü özbaşınalıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozur.

ANS PRESS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə video yayılıb.

Yayılan videodan da görünür ki, Binə qəsəbəsindən “Qara Qarayev” metrostansiyası istiqamətində hərəkət edən 160 saylı avtobusun sürücüsü hər iki qapı açıq şəkildə avtobusu yüksək sürətlə idarə edir. Qapılardan isə bir neçə sərnişin sallanır. Avtobusun qəfil dayanması sərnişinlərin yerə yıxılaraq ölməsinə səbəb ola bilər.

Məsələyə aydınlıq gətirmək üçün Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətilə əlaqə yaratdıq. Qurumdan bildirdilər ki, bu barədə məlumatsızdırlar. Mütləq həmin hadisəni törədən sürücü tapılacaq və işdən azad olunacaq.

160 saylı avtobusun sahibkarı İradə xanımla əlaqə yaratmaq istəsək də, bu mümkün olmadı. İrada xanımın köməkçisi İdrak Hüseynovla danışdıq. O, ANS PRESS-ə bildirdi ki, həmin sürücü mütləq tapılacaq və cəzalandırılacaq.

ANS PRESS videonu təqdim edir:



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler