» » Daha bir ana və uşağı öldü: Həkim səhlənkarlığı -

Daha bir ana və uşağı öldü: Həkim səhlənkarlığı - VİDEO

Bölmə: Kriminal
Daha bir ana və uşağı öldü: Həkim səhlənkarlığı -
Sumqayıtda doğuş zamanı ana və körpəsi ölüb.

Xalqinfo.az ARB 24-ə istinadən xəbər verir ki, hadisə şəhərdəki 1 saylı Doğum Evində qeydə alınıb. 5-ci mikrorayon sakini 38 yaşlı Gülnarə Əkbərova ötən gün günorta saatlarında xəstəxanaya yerləşdirilib. Doğuş isə axşam reallaşıb. Ananın doğuşdan sonra qanaxma nəticəsində öldüyü deyilir. Körpə sağlam doğulsa da, sonradan o da dünyasını dəyişib. Mərhumun yaxınları isə baş verənlərə görə həkimləri ittiham edirlər.

Mərhumun bacısı Leyla Yusifova həkimlərin onları aldatdığını deyib:

"Bizə dedilər ki, doğuş baş verib və balası yanındadır. Sonra dedilər ki, ölüb. Mənə aydınlaşdırsınlar. Bilmirəm. Yanına da buraxmırdılar. Bacımın niyə öldüyünü bilmək istəyirəm".

Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı Doğum Evindən suallarımıza cavab verən tapılmadı. Şəhər Səhiyyə Şöbəsindən bildirdilər ki, araşdırmalara başlanılıb və mayın 10-da rəsmi açıqlama veriləcək. Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyəti qurumlara şikayət ediblər.

Ana və körpənin meyiti Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.




Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler