» » Qusarda avtomobil dərəyə aşıb:

Qusarda avtomobil dərəyə aşıb: ölən var

Bölmə: Kriminal
Qusarda avtomobil dərəyə aşıb:
Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.

Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.

Hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler