» » Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -

Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı - Atasından açıqlama

Bölmə: Kriminal, BLOK XƏBƏR
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb.

Xalqinfo” xəbər verir ki, qaynarinfo.az-ın yazdığına görə, instaqramda “alik_999” niki ilə qeydiyyatdan keçən maşının sahibi kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir. Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir.

F.Fərəcov hadisə ilə bağlı Unikal.org-a danışıb. O, bildirib ki, hazırda araşdırma aparılır: “Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, 14 yaşlı uşağı həbs etməzlər: “Bu nədi, yazırsınız?..”

“Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

Onu da qeyd edək ki, hadisədə vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

***

Salamnews.az saytının məlumatına görə isə Füzuli Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşıdır.

Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -
Qəzanı törədən 14 yaşlı Ağaəlinin dəbdəbəli həyatı -

Şərh Yaz
ŞƏRH(1)

Fərhad 4 may 2017 14:52
Allah eyni aqibəti 24-yaşa çatmamış sənədə yaşatsın.Amin.Ata ləhnətəgəlmişin ürəyi dərddən partlasın.Amin
Çit          1

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler