» » İş adamının oğlu bahalı maşınla 24 yaşlı qızı öldürdü

İş adamının oğlu bahalı maşınla 24 yaşlı qızı öldürdü

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
İş adamının oğlu bahalı maşınla 24 yaşlı qızı öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində "Porche" markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilən 24 yaşlı X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Yerli KİV-də yayılan məlumata görə, sürücü Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törədib.

Hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler