» » Qüdrət Şükürov həbs edildi

Qüdrət Şükürov həbs edildi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Qüdrət Şükürov həbs edildi
Şəhərdəki çoxmərtəbəli binalardakı liftlərin daim xarab olması və sıradan çıxması hüquq-mühafizə orqanlarında çoxlu suallar yaradıb. Qeyd edək ki, son vaxtlar tez-tez polisə liftlərin əyləc rulonlarının oğurlanması və nəticədə liftlərin uzunmüddətli təmirə dayanması barədə şikayətlər daxil olur. İstintaq orqanlarının mülahizələrindən birinə görə, liftlərin xarab olmasında Bakıdakı lift strukturunda çalışan işçilərin əli var. Əlbəttə söhbət bütün əməkdaşlardan deyil, bəzilərindən gedir. Bu, şəxsi mənfəət güdmək məqsədilə edilir.

Bildiririk ki, Şükürov Xətai metrosu yaxınlığında yerləşən "OTIS Baku Lift" sexinin sahibkarıdır. Bu sex liftlərin quraşdırılması və montajı ilə məşğul olur. Məlumata görə, "Bakı Lift"in bir sıra əməkdaşları artıq polisdə mənimsəmə faktı üzrə dindiriliblər.

Etibarlı mənbələrdən Xalqinfo.az-a daxil olan məlumata görə, bu gün Qüdrət Şükürov həbs edilib. Artıq sözügedən qurumla bağlı araşdırma başa çatıb və kifayət qədər qanun pozuntuları, korrupsiya faktları aşkar edilib. Vergilər Nazirliyi, Hesablama Palatası və Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən aparılan yoxlamalar Qüdrət Şükürovun işdən qovulması ilə nəticələnib. Artıq onun yerinə təyinatın da olduğu bildirilir. Yaxında Şükürovun korrupsiya və vəzifədən sui-istifadə faktları ilə bağlı hüquq-mühafizə orqanları qarşısında cavab verməli olacağı bildirilir.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi "Bakılifttəmir" İstehsalat Birliyində maliyyə fırıldaqları və məmurların gəlir mənbələri ilə maraqlanıb. Məlum olub ki, ciddi pozuntular, mənimsəmələr aşkarlanib.

Bir daha bildirik ki, cənab prezident İlham Əliyev xalqına yüksək səviyyədə xidmət etməyən və xalqın etimadından sui istifadə edən dövlət qurumlarının rəhbərlərini və işçilərini habelə bəzi məmurları cəzasız qoymayıb. Bundan sonra da bu kimi hallar baş verərsə, səbəbkarı Qüdrət Şükürovun aqibəti gözləyəcək.

Qeyd edək ki, Qüdrət Şükürov Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun əmri ilə 2012-ci ilin yanvarından "Bakılifttəmir" İstehsalat Birliyinin baş direktoru vəzifəsini tuturdu.

Xatırladaq ki, Qüdrət Şükürov qızının dəbdəbəli toy mərasiminə görə gündəmə gəlmişdir.



Qüdrət Şükürov həbs edildi
Qüdrət Şükürov həbs edildi
Qüdrət Şükürov həbs edildi
Qüdrət Şükürov həbs edildi
Qüdrət Şükürov həbs edildi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler