» » Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü

Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü

Bölmə: Kriminal, BLOK XƏBƏR
Lənkəranskinin qətlində iştirak edən killer öldürüldü
Ötən ilin avqustunda qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin qətlində şübhəli bilinən şəxs güllələnib.

Xalqinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sözügedən şəxs Cabir Həsənovdur. Rusiya mediası onun ölümünün müəmmalı olduğunu qeyd edir. Belə ki, aprelin 28-də Sankt-Peterburq şəhərində evinin yaxınlığında öldürülən 42 yaşlı Cümşü Həsənovun daha sonra Cabir Həsənov olduğu məlum olub.

Bundan başqa, məlumatlarda qeyd edilir ki, Həsənovun Rövşən Lənkəranskinin qətlində iştirak edənlərdən biri olduğu ehtimal edilir. Belə ki, Lənkəranski qətlə yetirilən zaman Cabir Həsənov Türkiyədə olub. Bu fakt onun pasportla bağlı qeydiyyatı araşdırılarkən məlum olub.

Qeyd edək ki, Cabir Həsənov Azərbaycanda yaşayarkən bir neçə dəfə həbsdə olub. Onun kriminal avtoritet Nadir Səlifovun (Lotu Quli) yaxın adamı olduğu deyilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler