» » Cəlilabadda 11 yaşlı yeniyetməni maşın vurdu

Cəlilabadda 11 yaşlı yeniyetməni maşın vurdu

Bölmə: Kriminal
Cəlilabadda 11 yaşlı yeniyetməni maşın vurdu
Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az xəbər verir ki, hadisə axşam saatlarında Ələt-Astara magistral yolunun rayonun Ocaqlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qarazəncir kənd sakini, 11 yaşlı Elvin Qəhrəman oğlu Museyibovu avtomobil vurub. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərilib. Yaralının beyninə qan sızdığından E.Museyibov tomoqrafiya aparatının olduğu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

İlkin məlumata görə, hazırda E.Museyibov koma vəziyyətindədir.
Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler