» » Bu da oldu: Ucarda qayınana gəlinini qanına qəltan etdi

Bu da oldu: Ucarda qayınana gəlinini qanına qəltan etdi

Bölmə: Kriminal
Bu da oldu: Ucarda qayınana gəlinini qanına qəltan etdi
Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, Ucar rayon, Əzizbəyov küçəsində yaşayan 1995-ci il təvəllüdlü Gülnarə Seyfi qızı Rəhimova bıçaqlanıb.

Qadın yaxınları tərəfindən dərhal Ucar Rayon Mərkəzi Xəstxanasına çatdırılıb. Cərrahiyyə şöbəsində əməliyyat olunan qadının həyatını həkimlərin səyi nəticəsində xilas etmək mümkün olub.

G.Rəhimovanın yaxınlarının “Report”a verdiyi məlumata görə, onu ailə münaqişə zəminində öz qayınanası Səidə Rəhimova bıçaqlayıb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.


www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler