» » XİN bu musiqiçiləri qara siyahıya salır

XİN bu musiqiçiləri qara siyahıya salır

Bölmə: Kriminal, Mədəniyyət
XİN bu musiqiçiləri qara siyahıya salır
İtaliya və Sloveniyadan olan musiqiçilərin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri Azərbaycanın bu ölkələrdəki səfirlikləri tərəfindən araşdırılacaq, həmin ölkələrin müvafiq strukturlarına sorğular göndəriləcək.

Xalqinfo.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

Dağlıq Qarabağdakı separatçı rejimin dəvəti ilə “Sülh naminə incəsənət” layihəsi çərçivəsində italiyalı pianoçu və dirijor Luka Ferini, sloveniyalı klarnet ifaçısı Yoje Kotar və skripkaçı Çrtomir Şişkoviçin Şuşadakı rəssamlıq muzeyində konsert proqramı ilə çıxış etməsinə münasibət bildirən H. Hacıyevin sözlərinə görə, aparılan araşdırma nəticəsində həmin şəxslərin adları "arzuolunmaz şəxslər" siyahısına salınacaq: “Musiqi və incəsənət sülhə xidmət etməli olduğu halda, müəyyən maddi maraqlar naminə sözügedən əcnəbi musiqiçilərin Ermənistanın təbliğat maşınının alətinə çevrilmələri, işğal olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində Azərbaycan xalqının maddi-mədəni irsinə qarşı törədilən vandalizm siyasətinin ört-basdır edilməsinə xidmət etmələrini kəskin şəkildə qınayırıq. Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulmasıdır. Bu kimi qanunsuz fəaliyyət hüquqi məsuliyyət ehtiva edir”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler