» » Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb

Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb

Bölmə: Kriminal
Bakıda 3 məktəbli qəzaya düşərək xəsarət alıb
Bakının Sabunçu rayonunda 3 məktəbli uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, hadisə Zabrat qəsəbəsində “Lada” markalı avtomobillə “Mercedes”in toqquşması nəticəsində qeydə alınıb.

Qəza zamanı “Lada”da olan 11 yaşlı Eyvazova Aysel Oqtay qızı və onun 13 yaşlı bacısı Eyvazova Yeganə Oqtay qızı, həmçinin 10 yaşlı Cabirov Murad Rauf oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.

“Lada” markalı avtomobilin sürücüsü taksi fəaliyyəti ilə məşğul olurmuş. Hadisə baş verən zaman o, hər üç azyaşlını S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasına dərsə aparırmış.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler