» » Yasamal qəbiristanlığında 18 yaşlı gənc bıçaqlanıb

Yasamal qəbiristanlığında 18 yaşlı gənc bıçaqlanıb

Bölmə: Kriminal
Yasamal qəbiristanlığında 18 yaşlı gənc bıçaqlanıb
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadla xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler