» » Xanım müdirini öldürən baş mühasib pulların yerini göstərdi

Xanım müdirini öldürən baş mühasib pulların yerini göstərdi

Bölmə: Kriminal
Xanım müdirini öldürən baş mühasib pulların yerini göstərdi
Tovuz rayonunda "Azərsığorta" Dövlət Kommersiya Şirkətinin filial müdiri Raya Bayramovanı qətlə yetirən şəxsin şirkətdən oğurladığı pulun yeri aşkar edilib.

"Xalqinfo" Trend-ə istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Vidadi Vəliyev şirkətdən oğurladığı pulun yerini deyib. Məlum olub ki, V.Vəliyev həmin pulu filial binasının yaxınlığında yerləşən köhnə tikilidə gizlədibmiş. İstintaq tədbirləri zamanı həmin əraziyə də baxış keçirilib və V.Vəliyev torbada gizlətdiyi külli miqdarda pulu, hadisəni törədərkən əynində olan qanlı paltarı həmin yerdən çıxararaq istintaqa təqdim edib. Hələlik istintaqa təqdim edilən pulun məbləği barədə açıqlama verilmir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler