» » Mənzildən çürümüş qadın cəsədi tapıldı

Mənzildən çürümüş qadın cəsədi tapıldı

Bölmə: Kriminal
Mənzildən çürümüş qadın cəsədi tapıldı
Bakıda mənzildə çürümüş qadın cəsədi aşkarlanıb.

Xalqinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, “20-ci sahə” adlanan ərazidə qeydə alınıb.

Belə ki, həmin ərazidəki mənzillərdən birində 1939-cu il təvəllüdlü Eynullayeva Solmaz Qüdrət qızının çürümüş meyiti aşkarlanıb.

Qeyd edək ki, S.Eynullayevanın əqli çatışmazlığı olan oğlu anasının öldüyünü anlamayıb. Bu səbəbdən də o, ahıl qadını yatmış hesab edərək anasının üzünü sellofanla örtüb və bir neçə gün onunla eyni mənzildə qalıb.

S.Eynullayevanın oğlu yalnız bir neçə gün sonra, qadının meyiti çürüməyə başladıqda təcili yardıma müraciət edib. Mənzilə gələn tibb işçiləri 78 yaşlı qadının çürümüş cəsədini aşkar ediblər.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler