» » Tovuzda qardaş qardaşı qətlə yetirdi

Tovuzda qardaş qardaşı qətlə yetirdi

Bölmə: Kriminal
Tovuzda qardaş qardaşı qətlə yetirdi
Tovuz rayonunda qardaş qardaşı tüfənglə gülləyərək qətlə yetirib.

Xalqinfo.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun İbrahimhacılı kəndinə baş verib.

Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Sərxan Şaiq oğlu İsmayılov qardaşı, 2002-ci il təvəllüdlü İbrahim Şaiq oğlu İsmayılovun həyətdə olarkən 16 kalibirli ov tüfəngi ilə açdığı güllə ilə ölüb.

Mərhumun yaxınları ehtiyatsızlıq səbəbindən onun əlindəki tüfəngin açıldığını və güllənin qardaşına dəydiyini bildiriblər.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır. (report)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler