» » Altı azərbaycanlı bıçaqlandı -

Altı azərbaycanlı bıçaqlandı - Ad günü məclisində

Bölmə: Kriminal
Altı azərbaycanlı bıçaqlandı -
Rusiya Federasiyasının Voronej şəhərində azərbaycanlılar arasında dava olub.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfərin bıçaqlandığı bildirilir. Bıçaqlananlardan biri - Ağcabədi rayonunun Köyük kənd sakini, 1990-cı il təvəllüdlü Əliyev Sadiq Səttar oğlu ölüb.

Müxtəlif xəsarətlər alan digər şəxslərin vəziyyətinin ağır olduğu, onlardan durumu daha kritik olan iki nəfərin Voronejdə xəstəxananın reanimasiya şöbəsində müalicə edildiyi bildirilir.

Hadisə doğum günü münasibətilə "Vstreça" kafesində təşkil olunan məclisdə baş verib.

Qonaqlar arasında hələlik bilinməyən səbəbdən başlayan mübahisə bıçaqlaşma ilə nəticələnib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler