» » Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi

Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi

Bölmə: Kriminal, Dünya
Sankt-Peterburqda terror aktının sifarişçisi müəyyən edildi
Xüsusi xidmət orqanları tərəfindən Sankt-Peterburqda metroda törədilən terror aktının sifarişçisi müəyyən edilib.

Xalqinfo.az RİA Novosti-yə istinadən xəbər verir ki bu barədə FTX-nin direktoru Aleksandr Bortnikov bəyan edib.

Sankt-Peterburq metrosunda partlayış aprelin 3-də baş verib. Partlayıcı qurğu metronun “Texnologiçeskiy institut” və “Sennaya ploşad” stansiyaları arasında işə salınıb. Daha sonra “Ploşad Vosstaniya” stansiyasında aşkar edilən bomba zərərsizləşdirilib.

İlkin məlumata görə, terror aktının icraçısı 22 yaşlı Qırğızıstan vətəndaşı Cəlilovdur. İstintaq hesab edir ki, məhz o, “Ploşad Vosstaniya” stansiyasında bomba qoyub, daha sonra isə özünü vaqonda partladıb.

Ümumilikdə, terror aktı ilə əlaqədar doqquz nəfər saxlanılıb. Çərşənbə axşamı iyun ayının 3-nə qədər Qırğızıstan vətəndaşı Abror Əzimova dair həbs qətimkan tədbiri seçib. İstintaq onu Sankt-Peterburq metrosunda baş verən hücumun təşkilatçısı hesab edir, istintaqın versiyasına görə, terrorçu-kamikadzeni o hazırlayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler