» » “Lotu Quli”nin yeznəsinə cəza istəniləcək

“Lotu Quli”nin yeznəsinə cəza istəniləcək

Bölmə: Kriminal
“Lotu Quli”nin yeznəsinə cəza istəniləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kriminal avtoritet “Lotu Quli” ləqəbli Nadir Səlifovun yeznəsi olan və narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə sübutların tədqiqi mərhələsi başa çatıb.

Hakim məhkəmə istintaqının tamamlandığını elan edib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəməsi üçün söz verilib. F.Nağıyev məhkəmədən çıxış üçün vaxt istəyib.

Məhkəmə prosesi aprelin 26-da davam etdiriləcək.

Qeyd edək ki, V.Hüsyenovun üzərindən 12,360 qram heroin aşkar edilib.(qafqazinfo)

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler