» » Biznesmenin arvadının məhkəməsi başladı

Biznesmenin arvadının məhkəməsi başladı

Bölmə: Kriminal, MANŞET
Biznesmenin arvadının məhkəməsi başladı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində biznesmen əri Barat Abdullayevin şikayəti əsasında saxta sənəd düzəltməkdə, dələduzluqda və polisə müqavimət göstərməkdə təqsirləndirilən Təyminə Abdullayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Xalqinfo.az-ın "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

B.Abdullayevin vəkili Ceyhun Yusifov təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün vəsatət qaldırıb. Vəsatət baxılmamış saxlanılıb.

T.Abdullayevanın yeni vəkili Janna Bağırova prosesə dünən qoşulduğunu bildirib və cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi aprelin 28-də davam etdiriləcək.

Xatırladaq ki, T.Abdullayeva ötən il iyunun 21-də polis tərəfindən saxlanılıb, sübut yetərsizliyinə görə iyunun 22-də sərbəst buraxılıb. İstintaq dövründə barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Qeyd edək ki, istintaq zamanı T.Abdullayeva "Qafqazinfo"ya müraciət edərək bildirmişdi ki, Əhmədli metrosunun yaxınlığında yerləşən “Vesta” Gözəllik Salonunda Səkinə İsmayılova ilə tanış olub. Səkinə özünü gözəllik salonun sahibi kimi təqdim edərək oranı T.Abdullayevaya 100 min dollara sata biləcəyini deyib. S.İsmayılovanın təklifi əsasında T.Abdullayeva evini girov qoyaraq “Faktor Lizing” MMC-dən kredit götürüb həmin obyekti almaq qərarına gəlib. Sənədlər imzalanarkən aldadıldığını, müqavilədə evin MMC tərəfindən 250 min manata alınması və pulun yarısının Səkinənin ödəməsi qeyd olunduğunu bilib, digər sənədləri imzalamaqdan imtina edib. MMC bir neçə ay sonra T.Abdullayevaya pul ödəmədən evi S.İsmayılovaya satıb.

B.Abdullayyev polisə şikayət edərək həyat yoldaşını dələduzluqda ittiham edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler