» » Zaqatala sakini intihar edib

Zaqatala sakini intihar edib

Bölmə: Kriminal
Zaqatala sakini intihar edib
Zaqatalada 51 yaşlı qadın intihar edib.

Xalqinfo.az xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib.

Həkimlərin səyinə baxmayaraq, Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler