» » Əsəb xəstəliyindən əziyyət çəkən qadın intihar etdi

Əsəb xəstəliyindən əziyyət çəkən qadın intihar etdi

Bölmə: Kriminal
Əsəb xəstəliyindən əziyyət çəkən qadın intihar etdi
Zaqatalada 51 yaşlı qadın intihar edib. "Xalqinfo" xəbər verir ki, Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, bu gün saat 16 radələrində rayonun Bəhmətli kənd sakini, 1966-cı il təvəllüdlü Adilə Bəkir qızı Muradova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, uzun illərdi əsəb xəstəliyindən əziyyət çəkən 51 yaşlı Adilə Muradova intihar etmək məqsədi ilə sirkə turşusu qəbul edib.

Həkimlərin səyinə baxmayaraq Adilə Muradovanın həyatını xilas etmək mümkün olmayıb. O, saat 20 radələrində ölüb.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler