» » İşdən çıxarılan rəis qəzada öldü

İşdən çıxarılan rəis qəzada öldü

Bölmə: Kriminal
İşdən çıxarılan rəis qəzada öldü
Göyçay rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Lent.az xəbər verir ki, rayonun Çayarxı kənd sakini, sərəncamda olan polis zabiti 1979-cu il təvəllüdlü Məmmədov Xəyal Xanlar oğlunun sürdüyü "Toyota Camry" markalı, 10 OS 016 dövlət nömrənişanlı avtomobil Ucar-Göyçay yolunun Xəlitli kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşısına qəfil başqa maşın çıxıb. X.Məmmədov döngədən qəfil çıxan avtomobillə toqquşmamaq üçün maşını kənara çəkib və nəqliyyat vasitəsi idarəetmədən çıxaraq su kanalına düşüb. Sürücü hadisənin şokundan çıxa bilmədiyindən və qapılar kilidləndiyindən o, maşını tərk edə bilməyib və suda boğularaq ölüb.

Qeyd edək ki, keçən ayadək Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi olan X.Məmmədov işində yol verdiyi nöqsanlara görə vəzifədən azad edilərək sərəncama götürülübmüş.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler