» » Bakıda insanları aldadan qadın tutuldu

Bakıda insanları aldadan qadın tutuldu

Bölmə: Kriminal
Bakıda insanları aldadan qadın tutuldu
Bu gecə Bakının Nizami rayonu ərazisində polis uğurlu əməliyyat keçirib.

Nizami rayon Pois İdarəsi 24-cü polis bölməsindən ans press-ə verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində uzun axtarışda olan və polisdən məharətlə gizlənə bilən Elnarə Həsənova saxlanılıb.

Elnarə həsənova əsasən dələduzluq etməkdə günahlandırılır. Onun bir çox ərazilərdə, əsasən də Nizami rayonu ərazisində insanları aldadaraq pul qazandığı barədə şikayətlər olub.

Qeyd edək ki, Elnarə Həsənova Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə axtarışda olub.

Faktla bağlı istintaq gedir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler