» » Bakıda naməlum şəxslər polisi bıçaqlayıb

Bakıda naməlum şəxslər polisi bıçaqlayıb

Bölmə: Kriminal
Bakıda naməlum şəxslər polisi bıçaqlayıb
Hadisə Əmircan qəsəbəsində baş verib.

Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, bıçaqlanan şəxs Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis bölməsinin əməkdaşı, 1988-ci il təvəllüdlü kiçik çavuş Orucov Eldar İmamverdi oğludur.

Hadisə polis əməkdaşları Post Patrul Xidməti avtomobili ilə əraziyə baxış keçirən zaman baş verib. Polislər qəsəbədə şübhəli “Lada Qrant” markalı avtomobil görərək ona yaxınlaşıblar.

İnsident nəqliyyat vasitəsində oturan 4 nəfərdən sənədlərini təqdim etmələri tələb olunduğu zaman baş verib. Naməlum şəxslərdən biri arxa qapıdan düşərək E.Orucovun bud nahiyəsinə bıçaq zərbəsi endirib. Avtomobildə olanlardan yalnız birini tutmaq mümkün olub. Hazırda digər üç nəfərin axtarışı davam etdirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler