» » Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb

Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb

Bölmə: Kriminal
Bərdədə itkin düşən məktəbli Bakıda tapılıb
Bərdə rayonunda itkin düşən məktəbli Bakıda tapılıb.

Xalqinfo.az Report-a istinadən məlumatına görə, Bərdənin Meşəcilik İnstitutu ərazində məskunlaşan Kəlbəcər rayonundan olan məcburi köçkün, 16 yaşlı Laçın Qasımov paytaxtda Dənizkarı Milli Parkın ərazisində tapılıb.

L.Qasımovun valideynlərinin verdiyi məlumata görə, yeniyetməni əvvəl Bakıda bir məktəbdə oxuduğu sinif yoldaşları tapıb və valideynlərinə bu barədə məlumat verib.

Qeyd edək ki, o, aprelin 10-da səhər saatlarında məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler