» » Ayı və ceyranların qanunsuz saxlanılması aşkarlanıb

Ayı və ceyranların qanunsuz saxlanılması aşkarlanıb

Bölmə: Kriminal
Ayı və ceyranların qanunsuz saxlanılması aşkarlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən aprel ayının əvvəlində bir sıra istirahət mərkəzlərində reydlər keçirilib.

Xalqinfo.az ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 Dağıstan turunun və Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri - sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.

Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində protokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib, “Yaşıl Göl” və “Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib.

“Qarabağ” istirahət mərkəzindəki heyvanların isə götürülərək Mərkəzə təhvil verilməsi üçün hazırda zəruri tədbirlər görülür.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler