» » Göyçayda yol polisi qəza törədib

Göyçayda yol polisi qəza törədib

Bölmə: Kriminal
Göyçayda yol polisi qəza törədib
Göyçay rayonunda Dövlət Yol Polisinə (DYP) məxsus avtomobil qəza törədib.

Xalqinfo.az Report-a istinadən xəbər verir ki, hadisə günorta saat 15 radələrində Bakı-Şamaxı-Yevlax magistralının Göyçay şəhəri Natəvan küçəsindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1951-ci il təvəllüdlü Rövşən Məmmədov idarə etdiyi “Opel” markalı minik avtomobili ilə köməkçi yoldan baş yola çıxan Göyçay Rayon Polis Şöbəsinin DYP bölməsinə məxsus, YPX əməkdaşı Elman Əliyevin idarə etdiyi “BMW” markalı, 99-YP-621 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, hər iki avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler