» » Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar

Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar
Bakı şəhərində bina uçub.

Xalqinfo.az xəbər verir ki, paytaxtın Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində baş verib.

Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.

***

Uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.

2 nəfər isə hadisə yerində dünyasını dəyişib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

***

Bakıda binada uçqun nəticəsində ölənlərin adları məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində ölənlər 1983-cü Yolçuyev Ramal Layiq oğlu və 1973-cü il təvəllüdlü İbrahimov Rövşən İsmayıl oğludur.

Fotolar: APA


Leyla Həsənova

Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar
Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar
Bakıda istirahət mərkəzindəki uçqunda - Ölənlərin adları +Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler