» » Vəzifəli şəxs özünü asdı -Azərbaycanda

Vəzifəli şəxs özünü asdı -Azərbaycanda

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Vəzifəli şəxs özünü asdı -AzərbaycandaGöyçay rayonunda intihar hadisəsi baş verib.

apa-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib.

2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin baş vermə səbəbi araşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler