» » Bakıda bu kişini tanıyan polisə getsin-

Bakıda bu kişini tanıyan polisə getsin- FOTO

Bölmə: Kriminal
Bakıda bu kişini tanıyan polisə getsin-

Bakının Xətai rayonu ərazisində polis xüsusi əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, əməliyyat Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər də 8 dəfə məhkum olunmaqla 20 il həbsdə yatmış Bakı şəhər sakini, 43 yaşlı Çingiz Hacıyev şübhəli şəxs qismində saxlanılıb.

Onun üstünə baxış zamanı sandıqçasında 3 ədəd güllə olan “Makarov” markalı tapança aşkarlanaraq maddi sübut kimi götürülüb. Təxminən 2 ay əvvəl azadlığa çıxan Çingiz Hacıyev ilkin ifadəsində bildirib ki, silahı guya bir neçə gün bundan qabaq tapıb. Elə həmin vaxtdan da üstündə gəzdirməyə başlayıb. Saxlanılan şəxs onu da bildirib ki, tapançanı satmaq niyyətində olub. Bunun üçün müştəri də axtarıb. Lakin polis əməkdaşları onu yaxaladığından istəyinə çata bilməyib.
Silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini kriminalistik ekspertiza araşdırır.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq saxlanılan şəxsin soyğunçuluq və oğurluq cinayətləri törətdiyini də ehtimal etdiyindən bu istiqamətdə araşdırmalar davam etdirilir.

Fotoda gördüyünüz bu şəxsin cinayət əməllərindən zərərçəkmiş vətəndaşlardan Xətai Rayon Polis İdarəsinə müraciət etmələri xahiş olunur.

Bakıda bu kişini tanıyan polisə getsin-
Bakıda bu kişini tanıyan polisə getsin-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler