» » Lapşinin həbs müddəti uzadıldı

Lapşinin həbs müddəti uzadıldı

Bölmə: Kriminal
Lapşinin həbs müddəti uzadıldı
Bu gün Nəsimi Rayon Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanlarının verdiyi təqdimata baxılıb.

Report-un məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə təqdimatı təmin edib, A.Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbiri üç ay müddətinə artırılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler