» » XİN-dən Sankt-Peterburq metrosundakı terrorla bağlı-

XİN-dən Sankt-Peterburq metrosundakı terrorla bağlı- BƏYANAT

Bölmə: Kriminal
XİN-dən Sankt-Peterburq metrosundakı terrorla bağlı-
Azərbaycan Xarici İşlər Nazirliyi Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar bəyanat yayıb.

Xalqinfo.az daxil olan bəyanatda deyilir:

"Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir".

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler