» » Selfi çəkmək istəyəndə həlak oldular

Selfi çəkmək istəyəndə həlak oldular

Bölmə: Kriminal, Dünya
Selfi çəkmək istəyəndə həlak oldular

Meksikada qəribə hadisə baş verib.

Xalqinfo.az ölkə.az-a istinadən xəbər verir ki, selfi çəkən iki qızı təyyarə vurub. Nəticədə qızlar həlak olub.

Hadisə Meksikanın Çihuahua əyalətində baş verib. Kiçik təyyarələr üçün nəzərdə tutulmuş eniş zolağının yanında selfi çəkən iki qızı təyyarə vurub. Qəza nəticəsində qızlar həlak olublar.

18 yaşlı Nitzia Mendoza Korral və 17 yaşlı Klarissa Morkeç Mirandanın selfi istəyi ölümlə nəticələnib. Hadisə şahidlərinin bildirdiyinə görə, qızlar ətrafdakıların etirazına qulaq asmayaraq uzun müddət uçuş zolağına çox yaxın bir ərazidə selfi çəkməyə davam ediblər. Enişə yaxınlaşan təyyarə isə qızları vurub. Nəticədə gənclər həlak olublar.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler