» » Tovuzda bir neçə evin tavanı və hasarı uçub

Tovuzda bir neçə evin tavanı və hasarı uçub

Bölmə: Kriminal
Tovuzda bir neçə evin tavanı və hasarı uçub
Güclü külək Tovuz rayonunda fəsadlar törədib.

Xalqinfo.az "Report"a istinadən bildirir ki, təbiət hadisəsi zamanı bir neçə evin hasarı dağılıb, dam örtüyü uçub.
Gecə saatlarında güclənən külək nəticəsində 10-a yaxın kəndin elektrik enerjisi kəsilib. Yerli sakinlərin sözlərinə görə, Yuxarı Öysüzlü kəndində qəfildən başlanan külək yaşayış evlərinin hasarını aşırıb, həmçinin rayon mərkəzində yerləşən piyada keçidinin tavanına ziyan dəyib.
Tovuz Rayon Elektrik Şəbəkəsindən verilən məlumata görə, elektrik enerjisinin verilişində fasilələr yaranan bir neçə kənddə problem artıq aradan qaldırılıb. Digər kəndlərdə işlər davam etdirilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler