» » Münasibətdə olduğu qadını öldürdü, daş karxanasında basdırdı -

Münasibətdə olduğu qadını öldürdü, daş karxanasında basdırdı - Cinayət

Bölmə: Kriminal
Münasibətdə olduğu qadını öldürdü, daş karxanasında basdırdı -
Qeyri-rəsmi münasibətdə olduğu qadını öldürməkdə ittiham olunan Şamaxı rayon sakini, 1971-ci il təvəllüdlü Vahid Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xalqinfo.az teleqraf.com-a istinadən xəbər verir ki, Vahid Vəliyev 23 avqust 2015-ci ildə, gecə 1 radələrində əvvəllər qeyri-rəsmi nikahda olduğu Yeganə Mirzəyevanın yaşadığı Sumqayıt şəhəri, “Yeni Yaşayış massivi”ndə yerləşən fərdi evinə gəlib.
Yeganə Mirzəyeva ona münasibətlərini bərpa etməyi təklif edib. Vahid Vəliyev təklifi rədd edib.

Bu zaman Yeganə Mirzəyeva onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Buna görə aralarında mübahisə yaranıb və Vahid Yeganənin qulaq nahiyəsinə yumruqla zərbə vurub. Yeganə zərbənin təsirindən ölüb.

Vahid Vəliyev cinayətin izlərini gizlətmək üçün meyiti idarə etdiyi “VAZ 21099” markalı avtomobilin yük yerinə qoyub və Abşeron rayonu, Qobu qəsəbəsinin yaxınlığında yerləşən “Qızıl qaya” adlanan daş karxanasının yaxınlığındakı təpədə üzərinə mişar daşları tökməklə basdırıb.

“Əvvəlki kimi onunla əlaqə saxlamadım”

Vahid Vəliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, 2009-cu ildə birinci ailəsindən boşandıqdan sonra Ceyranbatan qəsəbəsində yaşayan Yeganə Mirzəyeva ilə tanış olub və onunla uzun müddət faktiki ər-arvad münasibətlərində olub: “2011-ci ildə ikinci dəfə ailə qurduqdan sonra Yeganə ilə münasibətlərimi kəsdim. Əvvəlki kimi onunla əlaqə saxlamadım. Bu müddət ərzində Yeganə dəfələrlə mənə zəng edib. O, məni evinə çağırıb. Onunla münasibətimizi davam etdirməkdən imtina etmişəm və onun təkliflərini rədd etmişəm. Yeganə rədd cavablarımı qəbul etməyib, bəzi vaxtlar hətta küçə ilə evimə qədər gəlib, O, məni çağıraraq narahat edib”.

“Görüşmək istəmədiyimi təkrarladım”

Vahid Vəliyevin sözlərinə görə, bir dəfə ailəsi dağıldığı üçün ikinci dəfə də boşanmaq istəməyib: “Buna görə də Yeganə ilə olan münasibətlərimdən arvadımın xəbər tutmamasına çalışmışam. Avqustun 23-də daş karxanasında işdə olarkən Yeganə telefonuma zəng etdi. O, mənimlə təcili işi olduğunu, onlara gəlməyimi xahiş etdi. Həmin gün, gecə 1 radələrində evə qayıdanda Yeganənin qapısının ağzında pilləkənin üstündə oturduğunu gördüm. Onun həyətinə girdim və ondan zəng etməsinin səbəbini soruşdum. Yeganə əvvəlki münasibətlərimizi bərpa etməyi və evinə gəlib-getməyimi təklif etdi. Mən isə artıq ailəm olduğunu, görüşmək istəmədiyimi yenə də təkrarladım”.

“Yeganəni öldürmək fikrim olmayıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Yeganə ailəsinin ünvanına nalayiq söyüşlər işlədib: “Yeganənin söyüşlərindən hiddətləndim və özümü saxlaya bilmədim. Əsəbimdən Yeganənin qulağının dibinə yumruqla bir zərbə vurdum. Yeganə zərbənin təsirindən pilləkəndən yıxılaraq yerdə qaldı. Zərbədən sonra bir müddət gözlədim. Yeganənin hərəkətsiz qaldığını gördüm. Ona yaxınlaşdım və qaldırmaq istədim. Bu zaman onun tam hərəkətsiz olduğunu, nəfəsinin dayandığını hiss etdim, ağzından qan gəldiyindən öldüyünü başa düşdüm. Buna görə də bərk qorxdum. Hadisəni gizlətmək üçün Yeganənin meyitini maşına qoydum və “Qızılqaya” daş karxanasına apardım. Orada meyiti gizlətdim. Heç bir vaxt Yeganəni öldürmək fikrim olmayıb. Onu öldürməyə çalışmamışam, baş vermiş hadisə yalnız vurduğum zərbənin təsirindən Yeganənin başının yıxıldığı piləkənin tininə dəyməsi olub”.

13 il cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Vəliyev 13 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.
Hökmdən narazı qalan Vahid Vəliyevin müdafiəçisi apelyasiya şikayəti verib. Vəkil müdafiə etdiyi şəxsin törətdiyi cinayətə görə ittihamın dəyişdirilməsini istəyib. O, Vahid Vəliyevin əməlini Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsinə tövsüf edilməsini istəyib. Ona həmin maddənin sanksiyasından aşağı həddə cəza təyin edilməsini xahiş edib.

Cəza 3 ilə endirildi

Vahid Vəliyevin barəsində olan iş araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Mübariz Zeynalovun sədrlik etdiyi kollegiyada araşdırılıb.
Hakim kollegiyası Vahid Vəliyevin apelyasiya şikayətinin dəlillərini araşdırıb. Sonda onun şikayəti təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib.

Yeni hökmə əsasən, Vahid Vəliyevin əməli Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə tövsüf edilib və ona 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler