» » Neftçala sakini külli miqdarda narkotik maddə və silahla saxlanılıb –

Neftçala sakini külli miqdarda narkotik maddə və silahla saxlanılıb – Foto

Bölmə: Kriminal
Neftçala sakini külli miqdarda narkotik maddə və silahla saxlanılıb –
Neftçala rayonunda yerli sakinin evindən küllü miqdarda narkotik maddə aşkar olunub.

Bu, Neftçala rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında aparfığı əməliyyat-axtarış tədbirləri sayəsində mümkün olub.

Əməliyyat nəticəsində rayonun 1-ci Qaralı kənd sakini, əvvəllər məhkum olunmuş 42 yaşlı Nizami Hacı oğlu Dadanov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman birinci mərtəbədə şkaflarda gizlədilmiş müxtəlif sellofan bağlamalarda, bankalarda və kibrit qutularında təxminən 2,5 kiloqram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bununla yanaşı evdə qanunsuz saxlanılan 12 və 16 kalibrli ov tüfəngi də aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə narkotik maddələr və ov tüfəngləri maddi sübut kimi götürülərək şöbəyə aparılıb.

Faktla bağlı Neftçala rayon Polis şöbəsinin təhqiqat qurupunda araşdırma aparılır /Report/.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler