» » Lənkəranda silah-sursat tapıldı

Lənkəranda silah-sursat tapıldı

Bölmə: Kriminal
Lənkəranda silah-sursat tapıldı
Lənkəran şəhərində silah-sursat tapılıb.

Xalqinfo.az xəbər verir ki, ANAMA-nın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Qurumba kəndi – su hövzəsinə baxış keçirilib.

Nəticədə 1 ədəd təlim məqsədli tank əleyhinə RPQ-22 silahı PQ-22 raketi ilə birlikdə aşkar edilib, 2 500 kvadrat metr ərazi yoxlanılıb.

Məlumatda bildirilir ki, ümumilikdə ANAMA tərəfindən 1 yanvar-23 mart 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 158 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib. 5 000 ədəd partlamamış hərbi sursat, 73 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 254 209 kv.m ərazi (472 670 kv.m əl ilə, 341 200 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 327 339 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler