» » Bakıda mütəşəkkil cinayətkar dəstə ifşa olundu

Bakıda mütəşəkkil cinayətkar dəstə ifşa olundu

Bölmə: Kriminal
Bakıda mütəşəkkil cinayətkar dəstə ifşa olundu
Bakıda bir neçə oğurluq hadisələri törədən şəxslər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ans press-ə verilən məlumata görə, əməliyyat Xəzər rayon Polis İdarəsi və 1-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilib.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Ceyhun Şamilov, Tərlan Hüseynov, Nicat Kərimov və qardaşı Ağabala tutulublar.

Araşdırmalar zamanı məlum olub ki, onlar avqustun 14-də N.Hüseynov küçəsində yerləşən, Əhməd Abbasova məxsus lombarddan pul oğurlasalar da, həmin gün eyni məqsədlə daxil olduqları, Zirə qəsəbəsində yerləşən 120 saylı Poçt filialında istədiklərinə nail olmayıblar.

Bundan başqa araşdırmalar zamanı məlum olub ki, yaxalanan şəxslər iyulun 25-nə keçən gecə Zirə qəsəbəsində yerləşən yerləşən, Vüsal Məmmədliyə məxsus aptekdən, avqustun 4-də Rəfael Əliyevə və sentyabrın 6-da Mais Məmmədova məxsus mağazalardan pul oğurlayıblar.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler