» » Quba-Xaçmaz yolunda qəza:

Quba-Xaçmaz yolunda qəza: Xəsarət alan var

Bölmə: Kriminal
Quba-Xaçmaz yolunda qəza:
Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib.

Xalqinfo.az report.az-a istinadən bildirir ki, Quba-Xaçmaz yolunun 11-ci kilometrliyində "VAZ-21099" markalı, "17-BC-902" dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1996-cı il təvəllüdlü Əliyev Elmar Çingiz oğlu idarəetməni itirərək yoldan kənara çıxıb.

Nəticədə sürücü ağır xəsarətlər alıb, avtomobil isə yararsız hala düşüb.

Xaçmaz MRX-nın Travmatologiya şöbəsindən verilən məlumata görə, xəstəyə qarının əzilməsi, sol dirsək oynağının qəlpəli yerini dəyişmiş sınığı, son bazunun orta 1/3-nin yerini dəyişmiş qapalı sınığı, sol qasıq oturaq sümüyünün yerini dəyişmiş qapalı sınığı diaqnozu qoyulub. Xəstənin vəziyyəti ağır olduğundan paytaxtdakı müalicə müəssisələrindən birinə yola salınacağı bildirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler