» » Gəncədə ölümlə nəticələnən dava

Gəncədə ölümlə nəticələnən dava

Bölmə: Kriminal
Gəncədə ölümlə nəticələnən dava
Gəncədə iki nəfərin mübahisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Xalqinfo.az xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Kəpəz rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

Şəmkir rayonu, Çinarlı kənd sakini, 1996-cı il təvəllüdlü Ayxan İbrahimli mübahisə zəminində Şəki rayon Cəfərabad kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Səmədovu bıçaqlayıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən A. İbrahimli polis tərəfindən saxlanılıb. Məlumata görə, Vasif Səmədov qardaşı ilə Gəncədə diş texniki fəaliyyəti ilə məşğul olurmuş. Yaxınlarının verdiyi məlumata görə, Ayxan İbrahimli onların yanında texnikliyi öyrənirmiş. Hadisənin paltar üstündə yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler