» » Azərbaycana tütün keçirmək istəyənlər yaxalandı

Azərbaycana tütün keçirmək istəyənlər yaxalandı

Bölmə: Kriminal
Azərbaycana tütün keçirmək istəyənlər yaxalandı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb.

Trend-in məlumatına görə, idarənin mətbuat xidmətində bildiriblər ki, Dərbəndin cənub-şərqdində dəniz akvatoriyasında içində 2 Rus vətəndaşı olan gəmi saxlanılıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar.

"Gəminin təqibi gedişində qaçaqmalçılar qara paketlərə qablaşdırılmış qutuları suya atırdılar. Məlum oldu ki, o qutularda təxminən 3 min blok Rusiya Federasiyasının aksiz markası olmayan "NZ gold compact" siqaretləri olub", - məlumatda deyilir.

Faktla bağlı hazırda yoxlama aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler