» » “Kamaz” avtobus dayanacağını dağıtdı

“Kamaz” avtobus dayanacağını dağıtdı

Bölmə: Kriminal
“Kamaz” avtobus dayanacağını dağıtdı
Bu gün səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 23-cü km-də, yolun Müşfiq qəsəbəsi ərazisindən keçən hissəsində yol təsərrüfatına ziyanın dəyməsi ilə nəticələnən qəza baş verib.

Azəravtoyol ASC-dən Xalqinfo.az-a verilən məlumata görə, Lerik rayon sakini 1983-cü il təvəllüdlü Zahid Dövlətovun idarə etdiyi "Kamaz" markalı yük maşını idarəetmənin itirilməsi nəticəsində yol kənarında inşa edilmiş avtobus dayanacağına çırpılıb. Nəticədə dayanacağın bir hissəsi dağıldığından istifadəyə yararsız hala düşüb.

Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyəti üzrə göndərilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler