» » Azərbaycanda məşhur həkimin evinə basqın edildi

Azərbaycanda məşhur həkimin evinə basqın edildi

Bölmə: Kriminal
Azərbaycanda məşhur həkimin evinə basqın edildi
Lənkəranda məşhur həkimin evinə basqın edilib. Hadisə rayonunun Xolmili kəndində gecə saatlarında baş verib.

Xalqinfo.az xəbər verir ki,hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 67 yaşlı kənd sakini Səfərov Vahab Xalıq oğlu ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanada yaralıya açıq kəllə-beyin travması diaqnozu qoyulub. Onun vəziyyəti ağır qiymətləndirilir.V.Səfərov reanimasiya şöbəsinə yerləşdirilib.
Xəsarət alan Vahab Səfərov uzun illərdir kənd ambulatoriyasının müdiri vəzifəsində işləyir və rayonun tanınmış terapevtlərindən sayılır. Qohumlarının bildirdiyinə gõrə, hadisəni evə qarət məqsədi ilə girmiş şəxs və ya şəxslər törədə bilər. Ev sahibinin onların gəlişindən xəbər tutduğunu görəndə isə, onun başına küt alətlə zərbə endirilib.
Faktla bağlı Lənkəran şəhər rayon Polis şöbəsində araşdırmalara başlanıb. Hələlik saxlanılan yoxdur.


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler