» » Bakıda cibgir qadın saxlanıldı-Video

Bakıda cibgir qadın saxlanıldı-Video

Bölmə: Kriminal
Bakıda cibgir qadın saxlanıldı-Video
Bakıda cibgirliklə məşğul olan əcnəbi saxlanılıb.

ANS TV-nin məlumatına görə, Gürcüstan vətəndaşı, hazırda Bakının Xətai rayonunda yaşayan 26 yaşlı Məmmədova Əfsanə Qədir qızı cibgirlik əməlinə görə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Əfsanə Məmmədova metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığındakı ticarət mərkəzində vətəndaşların ciblərindən və əl çantalarından oğurluq edərkən ifşa olunub.

Nizami Rayon Polis İdarəsində aparılan araşadırmalar zamanı məlum olub ki, saxlanılan Əfsanə paytaxt sakinləri Əhməd Əliyev, Alim Babayev və Ağabəyim Xəlilovadan gizli yolla planşet və ümumilikdə 342 manat pul götürüb.

Ə.Məmmədova əməlini pula ehtiyacı olduğu üçün törətdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin (oğurluq) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır.

Saxlanılan şəxsin bu kimi cinayət əməllərindən ziyan çəkən şəxslər Nizami Rayon Polis İdarəsinə məlumat verə bilərlər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler