» » Məhkəmə keçmiş rəis müavininə bəraət verdi

Məhkəmə keçmiş rəis müavininə bəraət verdi

Bölmə: Kriminal
Məhkəmə keçmiş rəis müavininə bəraət verdi
Sumqayıt Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirlən polis rəisinin keçmiş müavini Nazim Hüseynovun apelyasiya şikayətinə baxılıb.

Xalqinfo.az xəbər verir ki, bu barədə Report-a vəkil Adəm Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, məhkəmə N.Hüseynov barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq polis mayoru (Bakı şəhərində olan Polis Bölmələrindən birinin sabiq rəis müavini) N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham olunub.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler