» » Yalçın Qocanın öldürüldüyü yerdən -

Yalçın Qocanın öldürüldüyü yerdən - Görüntü+VİDEO

Bölmə: Kriminal
Yalçın Qocanın öldürüldüyü yerdən -
Xalq şairi Fikrət Qocanın oğlunun qətli ilə bağlı təfərrüat məlum olub, hadisədə təqsirləndirilən şəxslər saxlanılıblar.

Xalqinfo.az Axar.az-a istinadən xəbər verir ki, Bakıda martın 11-də meyiti tapılan Yalçın Qocayevin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü aşkara çıxarılıb.

Qətl hadisəsi Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonunda yerləşən rayon şöbəsinin inzibati binasında baş verib.

Əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynov Veteranlar Birliyinin üzvü Yalçın Qocayevlə mübahisə ediblər. Mübahisə əlbəyaxa davaya keçib. Yalçın Qocayev baş nahiyəsinə endirilən zərbədən sonra yerə yıxılıb. Şəxslər Qocayevin öldüyünü müəyyənləşdirdikdə hadisə yerindən qaçıblar. İşin araşdırılmasına başlayan Nəsimi rayon polis idarəsi və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu davada iştirak edənləri yaxalayaraq istintaqa cəlb edib. Dindirmələr zamanı Yalçın Qocayevə olümcül zərbəni Sabirabad rayon sakini Elnur Nəhmədovun endirdiyi müəyənləşdirilib.

Faktla əlaqədar Nəsimi rayon prokurorluğunda CM qəsdən adam öldürmə maddəsi ilə başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

ARB-nin olay yerindən görüntülərin də əks olunduğu süjetini təqdim edirik:


Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler