» » Kürdəmirdə 6 otaqlı ev yandı

Kürdəmirdə 6 otaqlı ev yandı

Bölmə: Kriminal
Kürdəmirdə 6 otaqlı ev yandı

Xalqinfo.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Z.Tagiyev kücəsi 13 A ünvanında, 1949- cu il təvəllüdlü Xamış Mirəli oğlu Xancanova məxsus ümumi sahəsi 130 kvadratmetr olan 6 otaqdan və mətbəxdən ibarət yaşayış evində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 20 kvadratmetri yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı tikililər və evin qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub. Faktla bağlı araşdırma aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler