» » BDU-nun müəllimi həbs edildi

BDU-nun müəllimi həbs edildi

Bölmə: Kriminal
BDU-nun müəllimi həbs edildi
Baş Prokurorluq özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) işçisi kimi təqdim edən şəxsin həbs olunması il bağlı məlumat yayıb.

Prorkurorluğun mətbuat xidmətindən ans press-ə verilən məlumatına görə, Bakı şəhər sakinindən övladını ali məktəbə qəbul etdirmək adı ilə pul tələb edən şəxsin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Özünü TQDK əməkdaşı kimi təqdim edən Bakı Dövlət Universitetində (BDU) saat hesabı ilə müəllim işləyən Kamran Əsədov qəbul imtahanlarında lazımi bal toplamayaraq ikinci tura qalmış Bakı şəhər sakininin övladını Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul etdirməyi vəd etməklə ondan 3000 manat pul tələb edib və həmin puldan ilkin olaraq 500 manat alıb. Bundan sonra abituriyent ikinci turda topladığı bal hesabına obyektiv meyarlarla ali təhsil müəssisəsinə qəbul olunmasına baxmayaraq, K.Əsədov guya qəbula kömək etdiyini təkid etməklə həmin şəxsdən 2500 manat məbləğində pulu tələb edib alarkən əməliyyat tədbirləri zamanı cinayət başında yaxalanıb. Baxış zamanı K.Əsədovun üstündən 2500 manat məbləğində nağd pul aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanmış və K.Əsədov Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler