» » İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi

İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi

Bölmə: Kriminal
İcra başçısı müavininin əri sərxoş halda qəza törətdi

Bu gün axşam saatlarında Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı,rayon sakini Abasqulu Hümmətova məxsus “VAZ 21011” markalı avtomaşına arxadan “Kia Sportages” markalı avtomaşın çırpılıb.

“Xalqinfo”nun Virtualaz.org-a istinadən verdiyi məlumata görə, qəza nəticəsində “011”ə xeyli ziyan dəysə də, “Kia Sportages” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb.

Sonradan hadisə yerinə gəlmiş yol polisi əməkdaşları tərəfindən qəza yerində düşmüş 99-XA-599 dövlət nömrə nişanına əsasən müəyyən olunub ki, həmin avtomaşın Neftçala rayon sakini Abı Sadıqova məxsusdur. Abı Sadıqov avtomaşını sərxoş vəziyyətdə idarə edirmiş.

Qeyd edək ki, qəza törətmiş şəxs Neftçala rayon icra başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini Gültəkin Sadıqovanın həyat yoldaşıdır.

Faktla bağlı Neftçala Rayon Polis şöbəsində araşdırmalara başlanılıb.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler