» » Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Oğurluqda şübhəli bilinən şəxslər tutulub

Bölmə: Kriminal
Oğurluqda şübhəli bilinən şəxslər tutulub
Bakı, Ağdam, Gəncə, Lənkəran və Sumqayıtda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi xəbərə görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşları tərəfindən martın 1-də Bakı şəhər sakini Fazil Nəsirova məxsus mağazadan 800 manat pul, 40 kiloqram ət və 2 ədəd tərəzi oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Mixail Orfanidis və Zaur Əzizov tutulublar.

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə fevralın 4-də rayon sakini İlham Məmmədova məxsus yardımçı təsərrüfatdan 5 baş inək oğurlamaqda şübhəli bilinən Mahrızlı kənd sakini Ramil Atakişiyev saxlanılıb.

Oğurluq etməkdə şübhəli bilinən Şahin İbrahimov tutulub. Onun ətrafında Nizami (Gəncə) RPİ əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun şəhər sakinləri olan 6 nəfərin çantalarından ümumilikdə 258 manat pul və sənəd oğurlaması da müəyyən edilib.

Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən fevralın 1-də və 14-də şəhər sakinləri Ceyhun Şirvanov və Afaq Qurbanovanın evlərindən 800 manat dəyərində elektrik naqili və su mühərriki oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini Ramil Məmmədov tutulub.

Fevralın 22-də Sumqayıt şəhər sakini Aqşin Aslanova məxsus təkər təmiri sexindən 4 ədəd təkər oğurlamaqda şübhəli bilinən şəhər sakini Samir Abışov Sumqayıt ŞPİ 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler